Yanacaq maşını yandı

Biləsuvar şəhərində vətəndaşa məxsus "KAMAZ" markalı yanacaq daşıyan avtomobilin arxa təkərləri və yanacaq çənində ani alışma baş verib. Bu barədə məlumatı Fövqəladə Hallar Nazirliyi yayıb.

Yanğın zamanı avtomobili təmir edən 1 nəfər yanıq xəsarəti alıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Yanğın saat 05:47-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Elnarə
AzNews.az