- Köhnə - Hadisə
- 29 İyul 2013 10:27
- 2 163
Belarusda ağır yol qəzasında ölən azərbaycanlının adı açıqlandı
Səfirlikdən Trend-ə verilən məlumata görə, 1969-cu il təvəllüdlü Həsənov Həsən Fərman oğlu ağır yol qəzası zamanı həlak olub.
Hazırda səfirlik dünyasını dəyişmiş azərbaycanlıının qohumlarının tapılması istiqamətində araşdırma aparır.
Qeyd edək ki, ağır yol qəzası Belarusun Vitebsk vilayətinin Orşansk rayonunda baş verib. "Opel Omega" markalı avtomobil "Mercedes Sprinter" avtobusu ilə toqquşub. Səkkiz nəfər hadisə yerində, bir nəfər isə xəstəxanada dünyasını dəyişib.
İlkin məlumata görə, "Opel" markalı avtomobil yolun əks istiqamətinə çıxıbmış.
AzNews.az