İstirahət mərkəzində güclü yanğın baş verdi

Ucarda yanğın hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə bu gün saat 16:00 radələrində rayonun Qazıqumlaq kəndində qeydə alınıb. Belə ki, ümumi sahəsi 650 kv.m olan tikintisi hələ başa çatmamış bir mərtəbəli istirahət mərkəzində güclü yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ucar Rayon Dövlət Yanğından Mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Nəticədə tikilinin 40 kv.m hissəsi yanıb. Qalan hissəsi isə yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az