- Köhnə - Hadisə
- 3 Avqust 2013 09:25
- 3 043
Sürücü sükan arxasında öldü

Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Evoğlu kənd sakini 1969-cu il təvəllüdlü Səfərov İsgəndər Şirin oğlu özünə məxsus "VAZ 21 011" markalı avtomobillə Xındırıstan kəndi istiqamətində hərəkətdə olarkən infarkt keçirib. Sürücü sükan arxasındaca keçinib. Avtomobil isə yolda çıxıb və ağaca çırpılaraq dayanıb.
Faktla əlaqədar araşdırmalar aparılır.
AzNews.az