Azərbaycanda 1 gündə 5 nəfər saxlanıldı

Azərbaycanda bir gündə oğurluqda şübhəli bilinən 5 nəfər tutulub.

AzNews.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mirbala Eyvazova məxsus 3 baş qoyunu oğurlamış Bakı şəhər sakini Xəyal Səlimov və Seymur İsmayılov tutulublar.

Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rüstəm Abıyevə məxsus velosipedi oğurlamış Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Çingiz Peysaxov tutulub.

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İsmayıl Əhmədova məxsus internet klubdan 37 manat pulu oğurlamış rayon sakini Çoşqun Yusifli tutulub. Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun Zamiq Məmmədova məxsus kafedən 1 ədəd velosipedi də oğurlaması müəyyən edilib.

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən oğurluq etdiyinə görə tutulmuş Rafiq Hüseynovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində isə onun cari ilin Hüsülü kənd sakini Kəklik Əhmədovaya məxsus 7 baş qoyunu oğurlaması müəyyən edilib.

Hər bir faktla bağlı araşdırma aparılır.

AzNews.az