Xalidə Xalidlə birgə həbs edilən milli fəal azadlığa buraxıldı

AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun elmi işçisi Xalidə Xalidlə əlaqəyə görə həbs edilmiş azərbaycanlı fəalİlqar Müəzzinzadə müvəqqəti olaraq azadlığa buraxılıb.

Milli fəal 150 milyon tümən girov qoyub. Qeyd edək ki, bu il mayın 8-də həbs edilmiş azərbaycanlı fəal Təbriz İnqilab Məhkəməsinin üçüncü şöbəsi tərəfindən 27 ay azadlıqdan məhrum edilib. Belə ki, İ.Müəzzinzadəyə milli təhlükəsizliyə xələl vurmağa cəhd göstərmək ittihamına görə 2 il, hakimiyyət əleyhinə təbliğat aparmaq ittihamına görə isə 91 gün həbs cəzası verilib.

Xatırladaq ki, Məhəmməd (Oxtay) Rəşidi, X.Xalid, sürücüsü Şamxal Hüseynov, Aşıq İsa Qaraxanlu, Təbriz Azad Universitetinin tələbəsi Əmir Hadiyan və Fərhadi soyadlı şəxs aprelin 30-da Təbrizdə ETTELAAT əməkdaşları tərəfindən saxlanılmışdılar.

Elnarə
AzNews.az