Paytaxtda dəhşətli hadisə

Bakı şəhərinin Suraxanı rayonu ərazisində dəhşətli intihar hadisəsi baş verib.

Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsi ev 1, mənzil 253 ünvanında yaşayan Nəbiyev Xəyal Bəybala oğlu özünü yaşadığı 9 mərtəbəli binadan atıb. X.Nəbiyev hadisə yerindəcə keçinib.

İlkin araşdırmalardan sonra məlum olub ki, intihar etmiş şəxs daha əvvəl özünü bıçaqlayıb və ölmədiyini görüncə özünü 9 mərtəbəli binadan atmaq qərarına gəlib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb, araşdırma aparılır.

AzNews.az