6 nəfər batma təhlükəsi ilə üzləşdi

Ötən gün Bakıda dənizdə 6 nəfər batma təhlükəsi ilə üzləşib.

AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, paytaxtın müxtəlif rayonlarında dənizdə ("Bilgəh" ,"Zuğulba-1" və "Hövsan" sularda xilasetmə postlarının ərazisində) ümumilikdə 6 nəfər batma təhlükəsi ilə üzləşib. Vətəndaşlar dalğıc-xilasedicilər tərəfindən xilas olunublar.

AzNews.az