“Müsəlman qardaşları“nın lideri həbs olundu

Misirin təhlükəsizlik qüvvələri 2013-cü il avqust ayının 20-də "Müsəlman qardaşları"nın lideri Mohammed Badini həbs edib.

Trend-in RBK-ya istinadən verdiyi məlumata görə, M.Badi Qahirənin şimalında yerləşən şəxsi mənzilində ələ keçirilib.

Məlumata görə, Badi daxil olmuş kəşfiyyat informasiyası nəticəsində həbs edilib.

Qeyd edək ki, Mohammed Badi "Müsəlman qardaşları"nın lideridir. Onun və müavini Hayrat əl-Şaterin məhkəməsi bu ilin 25 avqust tarixində başlayacaq. Onlar Qahirədə 8 aksiyaçının qətlə yetirilməsində ittiham olunurlar.

Xatırladaq ki, Misir prokurorluğu 2013-cü ilin iyul ayında "Müsəlman qardaşları"nın 8 liderinin həbsilə bağlı qərar çıxarıb.

AzNews.az