Keçmiş icra başçısı həbs edildi

Onu 12 ilədək həbs gözləyir

Qobustan Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Rafiq Alışov həbs olunub.

Avqustun 29-da Xəzər Rayon Məhkəməsi Rafiq Alışov barəsində həbs qətimkan tədbiri seçib. Sabiq icra başçısı Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə külli miqdarda zərər vurmaqla özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə) ilə dələduzluqda ittiham olunur.

Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi 7 ildən 12 ilədək həbs cəzasını nəzərdə tutur.

Rafiq Şıxməmməd oğlu Alışov Qobustan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində 1994-2001-ci illərdə işləyib. ("Media forum")


AzNews.az