Nazirlik: Naxçıvanda tədris prosesi normal qaydada davam edir

"Məktəblərimizə heç bir ziyan dəyməyib, tədris prosesi normal qaydada davam edir".

Aznews.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, o cümlədən yaxınlığına dron zərbəsi endirildiyi deyilən Babək rayonu, Hacıvar kəndi ərazisinin yaxınlığında - Şəkərabad kənd məktəbində də tədris davam etdirilir: "Sadəcə, bəzi valideynlər ehtiyat tədbiri olaraq məktəbə gələrək övladlarını götürürlər".

Qeyd edək ki, İran Naxçıvana dronla zərbələr endirib. Dronlardan biri aeroportun terminallarından birinə, daha bir neçə dron isə digər yerlərə düşüb. Bir dron isə Naxçıvan şəhərində məktəbin yaxınlığına təsadüf edib.

image description image description