- Köhnə - Hadisə
- 31 Avqust 2013 15:35
- 4 158
Məzahir Pənahovdan prezidentliyə namizədlərə xəbərdarlıq
APA-nın məlumatına görə, M. Pənahov imza vərəqələrini hələ də təqdim etməyən namizədləri tələsməyə çağırıb. İndiyə qədər namizədlərdən yalnız İlham Əliyev və İqbal Ağazadənin imza toplama kampaniyasının başa çatdırdığını xatırladan M. Pənahov digər namizədləri gecikməməyə çağırıb. O bildirib ki, 9 sentyabr imza vərəqələrinin təhvil verilməsi üçün nəzərdə tutulan sonuncu gündür: "Bu tarixdən sonra təqdim olunan imza vərəqləri qəbul olunmayacaq". M. Pənahov həmçinin qeyd edib ki, seçkiləri müşahidə etmək üçün 785 nəfər MSK-ya müraciət edib.
AzNews.az