Bakıda sexdə faciəli hadisə

Sentyabrın 3-də Yasamal rayonu 2-ci Alatava yaşayış sahəsindəki sexdə fəhlə işləyən Siyəzən rayon sakini Taleh Həsənovun başına daş düşüb.

AzNews.az-ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Taleh Həsənov aldığı xəsarətdən hadisə yerində ölüb.


AzNews.az