“Lexus Bakı” şirkəti məhkəməyə verildi

49 minlik "Lexus" keyfiyyətsiz çıxdı


Bakı şəhər sakini A. A.-nın aldığı "Lexus" markalı avtomobil keyfiyyətsiz çıxıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı vətəndaş "Lexus Bakı" şirkətini məhkəməyə verib. Belə ki, o, Xətai rayon Məhkəməsinə müraciət edib.

Vətəndaş iddia ərizəsində "Lexsus GS 250" markalı avtomobili 2012-ci ilin sentyabr ayının 28-də 49 min manata aldığını qeyd edib.

Avtomobilə 3 il və ya 100 000 km qədər qarantiya verilib. Lakin qeyd olunan qarantiya bitməmiş avtomobil kuzovunun kuzovunun lak-boya örtüyündə bir neçə yerdən (əsasən qabaq sağ və hər iki arxa qanadlarında) qüsurların əməl gəlməsi aşkar edilib. Sonra qüsurlar artmağa, yəni lak-boya tökülməyə başlayıb.

"Toyota Caucasus LLC" rəsmi nümayəndələrinin araşdırnası nəticəsində məlum olub ki, bu, avtomobildəki problem istehsal zamanı yaranmış bir qüsurdur.

Lakin "Lexus Bakı" şirkəti avtomobili dəyişdirməkdən imtina edib. Belə ki, şirkət vətəndaşa avtomobilin dəyişdirilməsi üçün 4 min manat istəyib.

Buna görə də vətəndaş məhkəməyə müraciət edib. Hazırda vətəndaş qüsurlu avtomobil üçün ödədiyi 49000 manatın qaytarılmasını və mənəvi zərərin əvəzi olaraq 80 000 manatın cavabeh tərəfdən tutularaq ona verilməsini istəyir.

İş üzrə proses Xətai rayon Məhkəməsinin hakimi Bəxtiyar Muradovun sədrliyi ilə sentyabrın 6-da keçiriləcək.

AzNews.az