Yunanıstanda 5 bal gücündə zəlzələ oldu

Yunanıstanda zəlzələ baş verib.

Bu gün Yunanıstanın Krit adasının cənub sahillərində 5 bal gücündə zəlzələ olub.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələnin ocağı adanın inzibati mərkəzi olan İraklion şəhərindən 55 kilometr cənubda, 2 km dərinlikdə qeydə alınıb.

İnsan tələfatı və dağıntılar barədə məlumat verilmir.(trend)

AzNews.az