Bakıda tank mərmisi tapıldı

Bakıda tank mərmisi tapılıb.

AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri Qaradağ rayonunda döyüş sursatının aşkarlanması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri zəruri tədbirlərin görülməsi üçün dərhal hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Xilasedicilər ərazidə lazımi təhlükəsizlik tədbirləri görüblər.

Nazirliyin mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə aşkarlanmış sursata baxış keçiriblər. Tapılan sursatın istifadəyə yararsız 1 ədəd UTM-57 markalı tank əleyhinə təlim minası olduğu məlum olub. Aşkar edilmiş hərbi sursat müvafiq qaydada aidiyyəti üzrə təhvil verilib. Əraziyə əlavə baxış keçirilib və digər şübhəli əşya aşkar edilməyib.

AzNews.az