Samuxda 15 yaşlı qızı avtomobil vurdu

Samux rayonunda yolu keçmək istəyən 15 yaşlı qızı avtomobil vurub.

Samux rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə bu gün saat 14.30 radələrində Samux rayon mərkəzində baş verib. Yolu keçmək istəyən piyada, 15 yaşlı Ayşən Həsənova Gəncə şəhər sakini Elşən Məmmədovun idarə etdiyi "UAZ" markalı avtomobillə vurulub. Nəticədə 15 yaşlı qızın hər iki ayağı sınıb. Yaralı dərhal Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib, onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktla bağlı Samux rayon Polis Şöbəsində araşdırma aparılır.

AzNews.az