Cəbhədə gərginlik davam edir

Cəbhə bölgəsində mövqe atışmaları olub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Tərtər rayonunun Çaylı kəndi yaxınlığında, Goranboy, Xocavənd və Tovuz rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

AzNews.az