Ukraynada daşqın zamanı 2 nəfər öldü

Ukraynanın Odessa vilayətində baş verən daşqın insan itkisinə səbəb olub. Daşqın zamanı, ən son məlumatlara görə, 2 nəfər ölüb. Onlardan biri leysan yağışları müşayiət edən ildırım vurması nəticəsində dünyasını dəyişib.

Daşqın, əsasən, Odessanın Arçizsk, Bolqradsk və Tarutinsk rayonlarında baş verib. Burada ümumilikdə 400-əb yaxın ev su altında qalıb. 20-yə yaxın ev tamamilə dağılıb, 50 tikili də uçmaq təhlükəsi altında qalıb.

Daşqın nəticəsində elektrik enerjisiz qalan 4 kəndin sakinləri evakuasiya edilib. Odessa vilayətinin bəzi rayonlarında qatarların hərəkəti dayanıb. Daşqına 2 gün aramsız yağan leysan səbəb olub.(anspress)

AzNews.az