- Köhnə - Hadisə
- 14 Sentyabr 2013 18:15
- 1 830
Yaşlı qadın evində ölü tapıldı
Nazirliyin "112" qaynar telefon xəttinə mənzildə bağlı qapı arxasında 1952-ci il təvəllüdlü Yusifova Nataliya Nikolay qızının köməksiz vəziyyətdə qaldığı barədə məlumat daxil olub. Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb edilib. Məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir.
Xilasedicilər ikimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən mənzilin pəncərəsindəki dəmir barmaqlıqları kəsib və içəri daxil olublar. Mənzilə baxış keçirilərkən vətəndaş huşsuz vəziyyətdə aşkarlanıb. Hadisə yerinə çağırılmış həkimlərin ilkin müayinəsi nəticəsində onun öldüyü müəyyənləşib.
AzNews.az