Avtobus dərəyə düşdü; yaralılar var

Qərbi Gürcüstanda mikroavtobusun qəzaya uğraması nəticəsində 17 nəfər xəsarət alıb. APA-nın "Georgia Online" saytına istinadən verdiyi xəbərə görə, yol polisinin məlumatına görə, Acarıstanın Beşumi kurortu yaxınlığında sərnişinlə dolu mikroavtobus yoldan çıxaraq dərəyə düşüb.

Xəsarət alan 17 sərnişindən 7 nəfərin vəziyyətinin daha ağır olduğu bildirilir. Yaralılar Batumi xəstəxanasına gətirilib.

Xəsarət alanlar arasında 2 əcnəbi turist var. Qəzanın səbəbləri araşdırılır.

AzNews.az