Bununla bağlı müvafiq orqanlara müraciət ediləcək Bununla bağlı müvafiq orqanlara müraciət ediləcək

AzNews.az-ın baş redaktoru təxribata məruz qaldı

Bununla bağlı müvafiq orqanlara müraciət ediləcək


AzNews.az saytının baş redaktoru Elçin Zahiroğlunun adı ilə feysbuk ("Facebook") sosial şəbəkəsində saxta profil fəaliyyətini aktivləşdirib.

Qeyd edək ki, bir müddət əvvəl də Elçin Zahiroğlunun profili oğurlanaraq ələ keçirilmişdi. Ancaq qısa müddətdən sonra həmin profil sosial şəbəkədə əngəlləndi.

Bu gün isə profil yenidən aktivləşib və Elçin Zahiroğlunun adından ölkənin tanınmış ictimai-siyasi xadimlərinə, o cümlədən xanımlara qeyri-etik mesajlar göndərilib. Elçin Zahiroğlu bu təxribatdan xəbər tutan kimi həmin profili bağlatdırmağa səy göstərib. Amma təəssüf ki, göstərilən səylər hələlik nəticə verməyib. Çalışılır ki, qısa müddətdə bu təxribatın qarşısı alınsın.

Sayt rəhbəri sabah bununla bağlı müvafiq orqanlara müraciət edəcək. Bir daha xatırladırıq ki, bir müddət əvvəl də baş verən anoloji təxribat zamanı aidiyyəti qurumlara – Daxili İşlər nazirliyi və MTN-ə müraciət edilib. Amma buna heç bir reaksiya olmayıb, sözügedən qurumlar bu vaxta qədər cavab verməyiblər. Buna baxmayaraq, məsələ ilə bağlı müvafiq qurumlara yenidən rəsmi müraciət ediləcək.

Hələliksə hər kəsin bilməyini istərdik ki, E. Zahiroğlunun adına olan ikinci profilindən göndərilən mesajlar ona aid deyil və mümkünsə, həmin saxta profildən şikayət edilməyi xahiş olunur. E.Zahiroğluna aid edilən saxta profilin linkini təqdim edirik:

https://www.facebook.com/elchin.zahiroglu

AzNews.az