Narkotik alverçiləri saxlanıldı - Xırdalanda

Dünən Xırdalan şəhərində narkotik vasitələrin istifadəsi və satışında şübhəli bilinən 2 şəxs yaxalanıb. Abşeron rayon Polis Şöbəsindən AzNews.az-a verilən məlumata görə, Xirdalan şəhər sakinləri olan Bəhram Adil oğlu Rüstəmov və Zakir Süleyman oğlu Quliyev saxlanılıb.
Rayon Polis Şöbəsindən bildirilib ki, Xırdalan şəhəri 28-ci məhəllə ev 7, mənzil 38-də yaşayan 10.08.1962-ci il təvəllüdlü Bəhram Adil oğlu Rüstəmovun üzərindən 1 ədəd siqaretin gümüş kağızına bükülmüş içərisində narkotik vasitə olan 0.214 qram heroin aşkar olunub. Bu, B.Rüstəmovun ikinci məhkumluğudur.

Xırdalan şəhəri 28-ci məhəllə ev 1 mənzil 119-da yaşayan 1963-cü il təvəllüdlü Zakir Süleyman oğlu Quliyevin üzərindən 1 ədəd siqaretin gümüş kağızına bükülü içərisində 0.193 qram heroin aşkar olunub.
Hər iki şəxs barədə Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) cinayət işi açılıb.

Ruhiyyə
AzNews.az