Keçilər dəhşətli qəzaya səbəb oldu – FOTO – Özəl

Bakı - Quba yolunda bu gün daha bir ağır yol qəzası baş verib. 20 CH 346 nömrə nişanlı "Volkswagen Qolf" markalı maşın Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində aşıb.

AzNews.az-a daxil olan məlumata görə, hadisəyə səbəb bir dəstə keçinin şoseyə çıxması olub. Avtomobili sürətlə idarə edən sürücü heyvanları vurmamaq üçün yolun hərəkətsiz hissəsinə çıxıb. Bu vaxt avtomobil idarəetmədən çıxaraq, bir-neçə metrlik hündürlükdən aşağıya yuvarlanıb. Nəticədə sərnişin, hələlik adı bəlli olmayan ahıl bir kişi dünyasını dəyişib. Sürücünün də ağır yaralandığı bildirilir.

Qəzaya səbəb olan heyvanlardan da bir-neçəsi tələf olub.

Hadisə yerinə yol polisi əməkdaşları və təcili tibbi yardım gəlib.

Azər
AzNews.az

image description image description image description