Qorxulu narıncı vulkan püskürdü

AzNews.az ITAR-TASS-a istinadən xəbər verir ki, bu gün Kamçatkada Klyuçevski vulkanı dəniz səviyyəsindən 5.3 km hündürlüyə toz kütləsi püskürüb. Toz dumanı vulkandan şərqə doğru təxminən 50 km məsafəyə yayılıb. Regional Fövqaladə Hallar İdarəsinin idarəetmə mərkəzindən bildirilib ki, dumanın yayılma istiqamətində yaşayış məntəqələri mövcuddur.

Mərkəzdən o da bildirilib ki, xüsusi təhlükə gözlənilmir. Buna baxmayaraq, turizim təşkilatlarına vulkan pükürən ərazilərə səfərlər təşkil etməmək tapşırılıb.

Eyni zamanda aviareys xətlərinə yönəlmə ehtimalı olan uçuş mərkəzləri də məlumatlandırılıb.

Qeyd edək ki, bu vulkanın xüsusi aviasiya rəng kodu "narıncı"dır.

Alı
AzNews.az