Cəbhədə gərginlik davam edir

Ordumuzun mövqeləri ermənilər tərəfindən atəşə tutulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzNews.az verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Voskepar kəndində yerləşən mövqelərdən Qazax rayonunun Aşağı Əskipara kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Bundan əlavə, Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Şıxlar, Füzuli rayonunun Qaraxanbəyli, Xocavənd rayonunun Kuropatkino və Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

AzNews.az