- Köhnə - Hadisə
- 12 Oktyabr 2013 15:20
- 1 505
Qadın həmcinslərini fahişəliyə cəlb etdiyinə görə tutuldu
Daxili İşlər Nazirliyindən (DİN) AzNews.az-a verilən məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə İdarəsinə Bakı şəhər sakini Fatma Cahangirovanın qadınları cinsi istismara məruz qoyması ilə bağlı məlumat daxil olub. İdarənin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Fatma Cahangirova saxlanılıb.
Faktla bağlı aparılan araşdırma zamanı daxil olan məlumatlar təsdiqini tapıb. Müəyyən edilib ki, Fatma Cahangirova gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb edir və Nəsimi rayonu ərazisindəki mənzilində əxlaqsızlıq yuvası təşkil edirmiş.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
AzNews.az