Bayramı günlərindəki avtoqəzaların-Statistikası

Qurban bayramı günlərində ölümlə nəticələnən yol qəzası baş verməyib.

Bu barədə trend-ə Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib.

K.Əliyev bildirib ki, oktyabrın 15-i və 16-da Azərbaycan ərazisində cəmi 15 yol qəzası baş verib ki, bunun nəticəsində də 17 nəfər xəsarət alıb.

Qeyd edək ki, Azərbaycanda Qurban bayramı oktyabrın 15-i və 16-da keçirilib.

AzNews.az