- Köhnə - Hadisə
- 18 Oktyabr 2013 07:58
- 1 498
ATƏT-in Minsk Qrupu bəyanat yaydı
Bəyanatda deyilir ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi və onun səhra köməkçiləri təmas xəttinin cənub istiqamətində keçirilən monitorinqdə iştirak ediblər. Hər iki tərəfin yerli komandirlərindən təhlükəsizlik zəmanətləri alandan sonra ATƏT-in hər iki komandası müşahidə nöqtəsinə çatanda, atəş səsləri eşidilib. Atəşin hansı tərəfdən açıldığını müəyyən etmək mümkün olmayıb.
Təhlükəsizliklə bağlı narahatlıqlar səbəbindən şəxsi nümayəndə monitorinqi keçirməməyə qərar verib.
ATƏT-in Minsk Qrupun həmsədrləri bəyan ediblər ki, bu cür istisnalı və təəssüf doğuran insidentlər həmin şəxslərin, şəxsi nümayəndənin və onun komandasının işini, eyni zamanda 1994-cü ilin mayında əldə olunan atəşkəs razılaşmasını pozur.
Həmsədrlər müvafiq rəsmiləri hadisəni dəqiqliklə və qərəzsiz araşdırmağa çağırıb.
AzNews.az