- Köhnə - Hadisə
- 26 Oktyabr 2013 08:58
- 3 839
Cəbhədə gərginlik davam edir

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Şuraabad və Şıxlar kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.
AzNews.az