- Köhnə - Hadisə
- 31 Oktyabr 2013 11:43
- 2 636
Nazirlikdə kadr dəyişikliyi: iki müavin işdən çıxarıldı
Modern.az saytı kənd təsərrüfatı naziri Heydər Əsədovla əlaqə saxlayaraq, ondan nazirlikdə kadr islahatı aparıb-aparmayacağını soruşub.
Heydər Əsədov açıqlamasında bildirib ki, kadr dəyişikləri onların hədəfində deyil.
"Bizim məqsədimiz mövcud potensialdan səmərəli istifadə etməkdir. Amma zərurət yaranarsa, indiki tələbata uyğun olmayan kadrlar işdən çıxarılacaq".
Heydər Əsədov artıq bu istiqamətdə işlərin də aparıldığını bildirib. "Artıq dünən prezidentin sərəncamı ilə iki müavin vəzifəsindən azad edilib. Bunlar Aslan Aslanov və Bəhram Əliyevdir".
Qeyd edək ki, kənd təsərrüfatı nazirinin 3 müavinindən biri İlham Quliyev hələlik vəzifəsini icra edir.
AzNews.az