Bakıda bacısını zorlayan oğlan danışdı: “Sillə vurdum, sonra zorladım”

Doğma bacısını zorlamaqda təqsirləndirilən Xalid Həsənovun (ad şərtidir) cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Anspress ailəm.az-a istinadən mətbuatda yayılmış cinayət işinin təfərrüatlarını təqdim edir.

1990-cı ildə Bakı şəhərində anadan olan Xalid məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verib. O, ifadəsində özünü qismən təqsirli bildiyini deyib: "Mənim 8 bacım, 2 qardaşım var. Atam 2003-cü ildə dünyasını dəyişib. Böyük qardaşımla böyük bacım ailə qurub, ayrı yaşayırlar. Biz isə anamla yaşayırıq. Əsəbi olduğumdan uşaqlıqdan bacılarımla kobud davranmışam. Əsəbiləşəndə onları nalayiq ifadələrlə söymüşəm. Səkkiz il kikboksinqlə məşğul olmuşam və I idman dərəcəm var. Hadisə baş verən gün mən yatmışdım. Təxminən saat 18:00 radələrində bacım Vüsalə məni yuxudan oyatdı ki, "biz gedirik, dur Sevinc (ad şərtidir) yerləri yığsın". Mən də yuxudan durdum. Bir stəkan su içdim, bir az sonra bacılarım evdən bayıra çıxdılar. Mən və Sevinc evdə tək qaldıq. Bundan sonra özümdən asılı olmayaraq ehtirasa gəlib bacımla cinsi əlaqədə olmaq istədim. Bacıma yaxınlaşıb, əynindəki köynəyini çıxartmağa başladım. Sevinc mənə istəmədiyini dedi. Lakin mən əl çəkmədim. Əsəbiləşərək bacımın üzünə bir sillə vurdum, sonra zorladım".

Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Sevinc ifadəsində göstərib ki, qardaşı evdə heç kəsin olmadığından istifadə edib onun paltarlarını soyundurub. Onu qeyri-təbii üsulla cinsi əlaqəyə məcbur edib: Məhkəmədə şahid qismində dindirilmiş Vüsalə, Gülnarə və Xəyalə oxşar ifadələr verərək, baş verənləri eşidəndə şoka düşdüklərini deyiblər. Onlar bu cür hərəkətinə görə qardaşlarının cəzalandırılmasını məhkəmədən xahiş ediblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Xalid 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

AzNews.az