- Köhnə - Hadisə
- 2 Noyabr 2013 11:29
- 3 461
Jurnalistin səhhəti ağırdır- Yenilənib

Xatırladaq ki, Dünən səhər saatlarında işə gələrkən Xocasən qəsəbəsində avtomobil vurması nəticəsində ciddi xəsarət alan Sahib İslamov Bakı şəhər Təcili Tibbi Yardım Xəctəxanasına yerləşdirilib. Onun avtomobil vurması barədə yaxınlarının bir sutka məlumatı olmayıb.
Uzun axtarışdan sonra ailəsi Sahib İslamovun avtomobil vurduğunu yalnız bir sutka sonra, yəni bu gün səhər saatlarında öyrənə bilib. Saytın rəhbəri Ruslan Bəşirli bu gün Sahib İslamova baş çəkərək onun vəziyyəti ilə maraqlanıb. R.Bəşirli bildirib ki, hazırda jurnalistin vəziyəti ağır olaraq qalır. "S.İslamovun keçirdiyi qəza nəticəsində baş nahiyəsindən üç sümük çatı, sağ qolu və sağ ayaq nahiyəsindən üç sınıq xəsarəti müəyyən edilib.
Həkimlərin onun vəziyyətini ağır olaraq qiymətləndirirlər və o hazırda reanimasiya şöbəsinə yerləşdirilib. Yanına heç kim buraxılmır", - R.Bəşirli deyib. R.Bəşirli onu da bildirdi ki, jurnalisti vuran avtomobil sürücüsü hadisə yerindən qaçmayıb və onu xəstəxanaya yerləşdirib.
***
09:48
Dünən itkin düşdüyü bildirilən Avropa.info-nun əməkdaşı Sahib İslamovu maşın vurubmuş. Jurnalist Xocasən yolunda dayanacaqda avtobus gözləyərkən yoldan yüksək sürətlə keçən avtomobil onu vuraraq yolun kənarına atıb .
Dərhal da qəza törədən avtomobil sürücüsü Musa Nağıyev adına Xəstəxanaya çatdırıb. Hadisəni yaxınlıqda olan yaşlı bir kişi görüb və bu gün səhər saatlarında qohumlarına məlumat verib Artıq qohumları onu tapıblar və hazırda jurnalistin vəziyyəti ağırdır.
***
09:10
Avropa.info saytının əməkdaşı Sahib İslamov yoxa çıxıb. Dünən səhər saat 8:00-da işə getmək üçün evdən çıxan Sahib İslamov saytın redaksiyasına gəlməyib. Jurnalistin işə gəlmədiyini görən sayt rəhbərliyi onun mobil telefonuna zəng vurub.
Telefona cavab verən Sahib İslamovun ailə üzvləri jurnalistin işə getdiyini və işə gedərkən tələsdiyindən mobil telefonunu unutduğunu bildiriblər.
Gün ərzində Sahib İslamovun ailə üzvlərinə bir neçə dəfə zəng edən sayt rəhbərliyi jurnalistin hələ də işə gəlmədiyini bildiriblər. Axşam saatlarında Sahib İslamovun hələ də evə gəlmədiyindən narahat olan ailə üzvləri onu tanıyan bütün dostlarına zəng etsələr də Sahibi gördüm deyən olmayıb. Bundan sonra gecə saatlarında 102 Xidmətinə zəng edən ailə üzvləri jurnalistin yoxa çıxdığı haqda məlumat veriblər. Hazırda Sahib İslamovun qardaşı polisə yazılı müraciət etmək üçün 40-cı polis bölməsinə çağırılıb.