Qanvermə aksiyası harada keçiriləcək?- Siyahı

Qafqaz Müsəlmanları İdarəsi Aşura Günü ölkə üzrə qanvermə aksiyası keçiriləcək məscid və ziyarətgahların siyahısını açıqlayıb.

QMİ-dən verilən məlumata əsasən, məscidlərin siyahısı bölgələr üzrə aşağıdakı kimidir:

1. Yasamal rayonu - Təzə Pir məscidi
2. Yasamal rayonu - Hacı Soltanəli məscidi
3. Səbail rayonu - Bibiheybət ziyarətgah məscidi
4. Səbail rayonu - İçərişəhər Cümə məscidi
5. Suraxanı rayonu - Qaraçuxur məscidi
6. Xəzər rayonu - Mir Mövsüm ağa ziyarətgah məscidi
7. Nizami rayonu - Keşlə qəsəbə məscidi
8. Sumqayıt şəhəri - Cümə məscidi
9. Gəncə şəhəri - İmamzadə ziyarətgah məscidi
10. Mingəçevir şəhəri - Heydər məscidi
11. Şəki şəhəri - Cümə məscidi
12. Lənkəran şəhəri - Böyük bazar məscidi
13. Bərdə şəhəri - Cümə məscidi
14. Nəsimi rayonu - Hacı Əjdərbəy məscidi

AzNews.az