Cəbhədə gərginlik davam edir

Cəbhə xəttində bir neçə istiqamətdə atəşkəs rejimi pozulub.

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber, Noyemberyan rayonunun Voskepar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı
və Aşağı Əskipara kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar.

Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

AzNews.az