“Bank of Baku”nun adından ipoteka fırıldaqçılığı

Bakı şəhər sakini Nəsib Gülməmmədov və Cəbrayıl rayon sakini Mirbaba Səfərovun saxta sənədlər tərtib edərək avtomobilləri girovdan çıxarmaları və aldatma yolu ilə digər şəxslərə satmaları müəyyən edilib

AzNews.az DİN-in saytına istinadən xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Nəsib Gülməmmədov və Cəbrayıl rayon sakini Mirbaba Səfərovun "Bank of Baku" ASC-nin ipoteka müqaviləsi ilə girov altında olan 3 ədəd "Kia-Optima", 1 ədəd "Kia-Sorento", 1 ədəd "Jeep Grand Cherokee" və 1 ədəd "Hyundai" markalı avtomobillərin "Bank of Baku" ASC-nin adından Baş Dövlət Yol Polisinin ünvanına saxta məktublar tərtib etməklə həmin avtomobilləri girovdan çıxarmaları və aldatma yolu ilə digər şəxslərə satmaları müəyyən edilib.

Faktla əlaqədar cinayət işi başlanıb.

AzNews.az