- Köhnə - Hadisə
- 27 Noyabr 2013 10:02
- 1 807
Bakıda daha bir prospekt bağlanır
AzNews.az xəbər verir ki, yaxın zamanda Babək prospektində nəqliyyatın hərəkəti tamamilə məhdudlaşdırılacaq.
Məhdudiyyətin uzun müddət davam edəcəyi və nəqliyyata alternativ yolların təklif ediləcəyi bildirilir.
Bundan başqa prospektdəki obyektlərin fəaliyyətinin tamamilə məhdudlaşdırılacağı bildirilir.
Qeyd edək ki, layihəyə əsasən "Bakı Ağ Şəhər" ölçülərinə görə Monakodan böyük və "İçərişəhər"in ərazisindən 11 dəfə artıq olan 221 ha ərazini əhatə edəcək.
Bu məkanı Qafqaz regionunun ən iri layihəsinə çevirəcək. Layihə başa çatdıqda, "Bakı Ağ Şəhər"in əhalisini sayına görə Andorra Knyazlığının əhalisi ilə müqayisə etmək mümkün olacaq.
Qeyd edək ki, Nəcəfqulu Rəfiyev küçəsində (Babək prospekti istiqamətində) aparılan təmir işləri ilə əlaqədar olaraq yolun bir zolağında nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət yaranıb.
Azər
AzNews.az