- Köhnə - Hadisə
- 28 Noyabr 2013 11:35
- 1 659
Sabah qar yağacaq
![](https://www.aznews.az/storage/photos/Qar yağacaqgj.jpg)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib ki, noyabrın 29-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, axşam və gecə saatlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 7-10, gündüz 11-16 dərəcə isti olacağı proqnozlaşdırılır.
Noyabrın 29-da Azərbaycanın rayonlarında hava arabir yağıntılı olacaq. Dağlıq ərazilərdə yağıntının sulu qara və qara keçəcəyi ehtimalı var. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturunun Aran rayonlarında gecə 5-10, gündüz 13-18, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyə kimi isti, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.
Qeyd edək ki, dünən axşamdan başlayaraq, ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə edilir. Belə hava şəraitinin dekabrın 1-dək davam edəcəyi proqnozlaşdırılıb.
AzNews.az