- Köhnə - Hadisə
- 5 Dekabr 2013 11:19
- 1 248
Piyadanı öldürüb qaçan sürücü saxlanıldı

AzNews.az Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, dekabrın 4-də saat 6:00 radələrində paytaxtın Nizami rayonu Qara Qarayev prospektində müəyyən edilməmiş avtomobillə Bakı şəhər sakini Zemfira Əlibala qızı vurulub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb.
DİN-in Təhlükəsiz Şəhər Xidməti və Nizami RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş "Daewoo" markalı avtobusun sürücüsü, Gürcüstan vətəndaşı Fəxri Rüstəmov tutulub.
Faktla əlaqədar cinayət işi açılıb, araşdırma aparılır.
AzNews.az