Enerji tarifinin qalxması ilə bağlı Rəsmi açıqlama

"Elektrik enerjisinin qiymətinin qalxması ilə bağlı tərəfimizdən heç bir təklif verilməyib".


AzNews.az xəbər verir ki, bunu "Azərenerji" ASC-nin sədri Etibar Pirverdiyev 2014-cü ilin dövlət büdcəsi müzakirə olunarkən gələn ildən ölkədə elektrik enerjisinin qiymətində artım olacağı ilə bağlı səslənən fikirlərə münasibətini bildirərkən deyib.

E.Pirverdiyev jurnalistlərə açıqlamasında qeyd edib ki, rəhbərlik etdiyi qurumun artımla bağlı hər hansı müraciəti yoxdur:

"Baxmayaraq ki, yanacağın qiyməti qalxıb, əhaliyə enerjinin satışı indiki qiymətdə davam edəcək. Biz Tarif Şurasına elektrik enerjisinin artımı ilə bağlı müraciət etməmişik. Qiymətlərin qalxması ehtimalı da yoxdur. Hələki buna ehtiyac duyulmur".

"Azərenerji" sədri deyib ki, ölkədə lazımi qədər enerji var: "Amma deyə bilmərik ki, biz qışa tam hazırıq".

ASC sədri qeyd edib ki, bu gün müşahidə edilən belə soyuq və qarlı havalarda elektrik enerjisinin verilməsində fasilələr yarana bilər: "Lakin belə hallara qarşı tədbirlər görülür".

AzNews.az