“Mercedes“ mağazaya girdi - yaralılar var

Bakının Xətai rayonunda, Babək prospektində ağır yol qəzası baş verib.

Hadisə şahidlərinin ANS PRESS-ə verdiyi məlumata görə, "Mercedes" markalı avtomobil mağazaya girib. Hadisə nəticəsində 3 nəfər-satıcı, alıcı və sürücü xəsarət alıb. Sürücünün vəziyyətinin ağır olduğu və ayaqlarının sındığı bildirilir.

Mağazaya ciddi ziyan dəyib.

Faktı Nizami rayon Yol Polisinin növbətçi hissəsindən təsdiq etdilər.



AzNews.az