- Köhnə - Hadisə
- 18 Dekabr 2013 08:28
- 1 561
Cəzaçəkmə müəssisəsində qadağan olunmuş əşya

AzNews.az Penitensiar xidmətin saytına istinadən xəbər verir ki, 17.12.2013-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 12 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1979-cu il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Elçin Vahid oğlu İsmayılovun və 1974-cü il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2; 228.4 və 66.3 maddələri ilə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Elsevər Tariyel oğlu İsmayılovun ərzaq saxladıqları dolabçaya baxış keçirilən zaman, onlara məxsus 1(bir) ədəd "SHİNO" markalı mobil telefon aparatı aşkar edilərək götürülmüşdür.
Fakt üzrə araşdırma aparılır.
AzNews.az