Əli İnsanovla bağlı çıxarılan qərar it-bata düşüb - Açıqlama


Ali Məhkəmənin Plenumunun keçmiş səhiyyə naziri Əli İnsanovla bağlı çıxardığı qərar hələ vəkillərə çatdırılmayıb.


Bu barədə məlumatı AzNews.az-a Əli İnsanovun vəkili Toğrul Babayev verib. Vəkilin sözlərinə görə, qərarın qəbulundan ötən 1 ay müddət dekabrın 15-də başa çatıb:

"Ali Məhkəmənin katibi bildirib ki, qərar bizə poçtla göndərilib. Qərarı bəzi əlbəəl verməkdən imtina etdilər, poçtla göndərdiklərini bildirdilər. Hələlik poçtla göndərilən qərar bizə gəlib çatmayıb".

Ə. İnsanovun gələcəkdə hansı addımlar atacağına gəlincə, vəkil bu barədə ancaq qərar alındıqdan sonra açıqlama veriləcəyini vurğulayıb.

Elnarə
AzNews.az