- Köhnə - Hadisə
- 20 Dekabr 2013 09:24
- 2 250
Daha bir ana ölümü- 5 saylı Doğum evində

Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gün 5 saylı Doğum Evində qeydə alınıb.
Qaradağ Rayonu Ələt qəsəbə sakini, 1982-ci il təvəllüdlü Züleyxa Xudaverdi qızı Göyüşovanın qız övladı dünyaya gəlib.
Lakin qeysəriyyə əməliyyatı ilə aparılan doğuşdan sonra Z. Göyüşovanın səhhəti pisləşib. Həkimlərin müdaxiləsinə baxmayaraq, o dünyasını dəyişib.
Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.
AzNews.az