Qanunsuz həbslərlə bağlı yeni cəza

Azərbaycanda istənilən şəxsi bilərəkdən qanunsuz olaraq həbs yerində saxlayanlar cinayət məsuliyyətinə cəlb olunacaqlar.

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı Cinayət Məcəlləsinə xüsusi olaraq 292.2 -1 maddəsi əlavə olunur.

Yeni maddədə bildirilir ki, bilə - bilə qanunsuz həbs yerində saxlama 4 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

İndiyə qədər bu hal müvafiq icra hakimiyyəti orqanlarının qərarı ilə inzibati məsuliyyət olaraq müəyyənləşdirilirdi.

Yeni layihə Milli Məclisin dekabrın 27 – də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

AzNews.az