Namiq Cəlılov: "1905, 1917, 1928- 29, 1991- ci illər Günəşin maksimum fəal olduğu illər olub" Namiq Cəlılov: "1905, 1917, 1928- 29, 1991- ci illər Günəşin maksimum fəal olduğu illər olub"

Astroloq: “Günəş fəallığının pik həddi 2012-2013-cü illərdə olacaq”

Namiq Cəlılov: "1905, 1917, 1928- 29, 1991- ci illər Günəşin maksimum fəal olduğu illər olub"


"Son zamanlar zəlzələlərin sayının artması Günəşdə maksimum aktivliyin müşahidə olunması ilə əlaqədar ola bilər". Bunu AzNews.az -ın son zamanlar bir sıra ölkələrdə, o cümlədən Azərbaycan və İranda zəlzələlərin artmasının səbəbləri barədə sualını cavablandıran Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Günəş və Yer əlaqələri şəbəsinin müdiri Namiq Cəlılov deyib.

Şöbə müdirinin sözlərinə görə, hər 11-12 il davam edən dövrün sonunda Günəşin maksimum aktivliyi müşahidə edilir. 1905, 1917, 1928- 29, 1991- ci illər Günəşin maksimum fəal olduğu illər olub və həmin illər tarixi hadisələrlə yadda qalıb.

Günəş fəallığının pik həddinin isə 2012-2013-cü illərdə olacağı gözlənilir: "Statistikaya diqqət yetirsək 11- 12 il bundan əvvəl də zəlzələlərin sayının artması müşahidə olunub. Günəş aktivliyinin artması proseslərin təkanverici qüvvəsi ola bilər. Yerin mərkəzində maqnit sahəsi yaranır və aktivlik çoxaldıqca Günəş sanki bi sahəni silkələyir, ilkin təkanları oyadır".


Kəmalə

AzNews.az