“Binə” Ticarət Mərkəzində dəhşətli yanğın - Son dəqiqə- Fotolar

21:01:29

"Binə" Ticərət Mərkəzində güclü yanğın baş verib.

Hadisə şahidlərinin AzNews.az - a verdiyi xəbərə görə yanğın təqribən 30 dəqiqə əvvəl 5 - 6 - cı sırada başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən çoxlu sayda canlı qüvvə və texnika cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Hadisənin səbəbləri barədə məlumat verilmir.

22:57
"Axar.az"ın hadisə yerində olan müxbiri xəbər verir ki, yanğın ilkin versiyalara görə elektrik xətlərindəki qısaqapanmadan baş verib.
Yanğın 5-ci sırada 4 və 5-ci korpuslarda başlayıb. Yarmarkanın tacirləri öz mallarını xilas etməyə çalışır. Böyük qarışıqlıq yaşanır. Yanğınsöndürənlər və polislər təhlükəni nəzərə alaraq tacirlərin mallarını çıxarması üçün içəriyə daxil olmasına məhdudiyyətlər yaradıb. Müxbirimiz xəbər verir ki, ilkin məlumata görə, 80-90 dükana ziyan dəyib. Ətraf dükanların sahibləri də öz mallarını xilas etməyə çalışırlar. Yanğın zonasında korpuslar dar olduğundan su dizə çıxıb. 10 dəqiqə əvvəl axır ki, dəhşətli yanğının qarşısı alınıb, yanğın ocaqları nəzarətə götürülüb. Son təhlükəsizlik əməliyyatları aparılır. Lakin dam və tavanların çökmə təhlükəsi hələ də qalır.


AzNews.az
image description image description image description image description image description image description image description