Evlərdən 25 min manatlıq oğurluq edən şəxs saxlanıldı - VİDEO

Şəmkirdə evdən oğurluq edən şəxs tutulub.

Aznews.az xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində Şəmkir və Tovuz rayonları ərazilərində baş verən silsilə oğurluq hadisələrinin üstü açılıb.

Araşdırmalarla müəyyən edilib ki, müxtəlif vaxtlarda Şəmkirdə 4, Tovuzda isə 2 evdən ümumilikdə 25 min manat dəyərində pul və qızıl-zinət əşyaları oğurlanıb.

Tədbirlərlə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 41 yaşlı Babək Sadıqov müəyyən edilərək saxlanılıb.
Araşdırmalar davam etdirilir.