Qarabağ əlili özünü yandırdı- Yenilənib (Fotolar)

Həmkarlar İttifaqının qarşısında özünü yandıran II qrup Qarabağ əlili Zaur Həsənovun vəziyyəti ağırdır.


"Bizim yol"un məlumatına görə, Qarabağ əlili özünü yandırmazdan əvvəl bildirib ki, mülkiyyət hüquqları ciddi şəkildə pozulub: "Vaxtı ilə eks-prezident Heydər Əliyev tərəfindən Qarabağ əlillərinin yaşayışlarının yaxşılaşdırılması məqsədi ilə dəniz kənarında mənə torpaq sahəsi verilmişdi. Həmin torpaqla bağlı Həmkarlar İttifaqı tərəfindən 2010-cu ildə məhkəməyə verildim və yerim əlimdən alındı. Məhkəmənin qərarından sonra hər yerə şikayət etməyimə baxmayaraq boş-boş sözlər və vədlərdən başqa bir cavab verilmədi".

Zaur Həsənov torpaq sahəsində yerləşən obyektinin yeganə gəlir mənbəyi olduğunu bildiririb: "Özümü yandırmağımla bağlı verdiyim qərar qətidir. Evim bankda girovdadır və satışa çıxarılıb. Bankdan pul götürüb obyektə sərmayə qoydum. Həmkarlar İttifaqı isə onu əlimdən aldı. Ona görə də Həmkarlar İttifaqının qarşısında özümü yandıracam".

***
12:20

Bakının mərkəzində intihara cəhd olub.

İkinci qrup əlil, 5 uşaq atası Zaur Həsənov üstünə benzin tökərək özünü yandırıb. Ərazidə xidmət aparan polis əməkdaşlarının səyi nəticəsində Z. Həsənovun həyatı xilas edilib. O, əraziyə çağırılan təcilli yardım ilə xəstəxanaya aparılıb.

Səbail rayon Polis İdarəsindən faktı təsdiqləyiblər. Bildirilib ki, hazırda intihara cəhdin səbəbləri araşdırılır. (apa)
image description image description image description