Azərbaycanda şok bank fırıldağı: pullar hesabdan necə çəkilir?


Vətəndaş Həmrəyliyi Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədlinin bank kartındakı pullar özünün xəbəri olmadan İndoneziya vətəndaşları tərəfindən çıxarılıb.

AzNews.az xəbər verir ki, bu barədə S.Əsədli özü məlumat verib. Onun sözlərinə görə, uzun müddət kartı vasitəsilə maaşını ala bilməyib: "Bankomatda kartı yoxlayan zaman məlum oldu ki, kartım bank tərəfindən təsdiqlənmir. Bankda dedilər ki, kartında problem var, 1 həftədən sonra gəlib yenisini apararsan. Deyilən vaxt getdim. Dedilər ki, bir həftədən sonraya qalıb. Bu gün bankdan zəng etdilər ki, gəl kartını apar".

S.Əsədli deyib ki, bankomatda kartı yoxladıqda hesabımda 90 qəpik qalıq olduğu aydınlaşıb:

"Aydınlaşdırdılar ki, pul İndoneziyadan, konkret Çakkarta şəhərində hesabdan çıxarılıb. Səbəbin soruşdum. Bildirdilər ki, "Tarqovı"dakı bankomatın yanındakı ağaca indoneziyalılar kamera quraşdırıblar, həmin vaxt bankomata kim yaxınlaşıbsa o adamların bütün kart kodlarını çəkib, əl hərəkətlərinə də diqqətlə baxıb, sonra kartların dublikartını çıxarıb, hesablardan oğurluq ediblər. Mənim hesabımdan 3 dəfəyə pulu çıxarılıblar. Bu yaxınlarda isə həmin dəstənin 3 üzvünü Bakıda həbs ediliblər. Ərizə yazıb, xarici pasportumu da əlavə edib banka təqdim etməliyəm. Çakkartada olmadığım aydınlaşandan sonra, hesaba gələn il pul əlavə ediləcək".

S.Əsədlinin sözlərinə görə, söhbət Beynəlxalq bankdan gedir.


Elnarə
AzNews.az